ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə Amerika qüvvələrinə qarşı silsilə hücumlardan sonra Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli bir neçə hərbi obyektə zərbələr endirilməsi əmrindən sonra Konqres liderlərinə məktub göndərib.
Teleqraf.com xəbər verir ki, ABŞ lideri İrana əlavə hərbi tədbirlərin görüləcəyini söyləyib.
“Zərbələr çəkindirmə yaratmaq məqsədi daşıyırdı, eskalasiya riskini məhdudlaşdırmaq və mülki əhali arasında itkilərdən qaçmaq üçün həyata keçirilirdi. Mən zərbələri şəxsi heyətimizi qorumaq və müdafiə etmək, ABŞ və tərəfdaşlarımıza qarşı davam edən silsilə hücumları pozmaq, İran və onun tərəfindən dəstəklənən qruplaşmaları ABŞ personalı və obyektlərinə növbəti hücumlar etməkdən çəkindirmək üçün istiqamətləndirmişəm.
ABŞ gələcək təhdidlərə və ya hücumlara cavab verməkdən ötrü zəruri və lazımi tədbirlər görməyə hazırdır”, - Bayden əlavə edib.
Ötən gün ABŞ prezidentinin əmrindən sonra Suriyada SEPAH-la əlaqəli bir neçə hərbi obyektə zərbə endirilib.