HƏMAS-ın dəniz qüvvələrinin komandiri Ratəb Əbu Sahiban İsrail ordusunun Qəzzaya hava zərbələri nəticəsində həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
SAXAL bildirir ki, Əbu Sahiban HƏMAS-ın dənizdən İsrailə sızma cəhdini planlaşdırıb və bunun icrasına səy göstərib.
Hücum cəhdinin qarşısı İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən alınıb.