30 Oktyabr 2023 18:18
5 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur dəhlizi Ermənistanın nəzarətində olmayacaq, Paşinyan nə qədər israr etsə də, rusların əlinə keçəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Aqasi Enokyan deyib.

Ekspert sülh müqaviləsi çərçivəsində anklavların – Qazax və Naxçıvanın kəndlərinin (ümumilikdə 8) Azərbaycana təhvil veriləcəyini söyləyib:

“İki mühüm məsələ var. Biri budur ki, Nikol Paşinyan dəfələrlə sülh müqaviləsi əsasında anklavların Azərbaycana veriləcəyini bildirib. Mehri dəhlizi (Zəngəzur) də eyni. Bu gün görünənən budur ki, Paşinyan nə qədər suverenlikdən danışsa da, dəhliz Ermənistanın nəzarətində olmayacaq. Dəhliz bu gün rus sərhədçilərinin dayandığı yerdən keçəcək, ona görə də onların nəzarəti altında olacaq. Həmin dəhlizlə Türkiyədən Azərbaycana tankların, raketlərin necə keçəcəyini görəcəyik və heç nə edə bilməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər