30 Oktyabr 2023 22:12
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkədəki Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Aİ-yə üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı tərəflər Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynadakı müharibə, habelə İsrail-Fələstin münaqişəsi kimi aktual məsələləri müzakirə ediblər.

Türkiyəli nazir Qəzzada baş verən hadisələrlə bağlı mülki şəxslərə hücumların qəbuledilməz olduğunu və dərhal dayandırılmalı olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, münaqişənin regional səviyyəyə keçməsinin qarşısını almaq lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər