“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah cümə günü İsrail-HƏMAS savaşının başlamasından bəri ilk dəfə ictimaiyyət qarşısında çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə terror təşkilatına bağlı “Al Mayadeen” məlumat yayıb.
HƏMAS-la savaş başlayandan sonra “Hizbullah” ara-sıra Livandan İsrail tərəfini hədəfə alır. İsraildən terror qruplaşmasına dəfələrlə kənarda qalması barədə xəbərdarlıq edilib.