“Avropa İttifaqına (Aİ) inamımız sarsılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada keçirilən X sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ ədalətli mövqe ortaya qoymur: “Nə Britaniya, nə Almaniya, nə İtaliya, nə Fransa, nə də başqası təəssüf ki, ədalətli davranmır. Əslində, Aİ-dən bunu gözləmək də mümkün deyil”.
Ərdoğan söyləyib ki, Aİ-dən ədalətli mövqe gözləmək olmaz.