4 Noyabr 2023 14:53
10 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Fələstində qarant ölkə olmağa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu hadisələr başlanan andan davamlı olaraq qarantiya məsələsindən danışırıq. Dedik ki, Türkiyənin üzərinə qarant vəzifəsi düşərsə, bu vəzifəni götürməyə hazırıq, zamin ölkə ola bilərik. Kiprdə Yunanıstan qarant ölkə ola bilər, İngiltərə qarant ölkə ola bilər, Türkiyə də qarant ölkədirsə, niyə Qəzzada niyə belə bir şey olmasın? Türkiyənin Qəzzada qarant ölkə olmasından təbii nə ola bilər? Beləliklə, orada da qarant ölkə rolunu götürə bilərik. Bunun hansı formada olacağını hadisələr, zaman göstərəcək. Bunun həm də təhlükəsizlik, siyasi ölçüsü olacaq, bütün bunlarla yanaşı, tarixi və mədəni ölçüsü də var”, - Türkiyə lideri bildirib.

Prezident Ərdoğan Fələstinin müstəqilliyinin tanınması məsələsinə də toxunub:

“Bütün bunlar bitdikdən sonra Qəzzanın 1967-ci il sərhədləri daxilində, coğrafi bütövlüyü ilə, müstəqil Fələstin dövlətinin ayrılmaz hissəsi olan, paytaxtı Şərqi Qüds olan dinc bir bölgə olmasını istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər