6 Noyabr 2023 10:16
3 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Aralıq dənizinin şərqi, Qırmızı dəniz, Bəsrə və Oman körfəzlərinin daxil olduğu məsuliyyət zonasına “Ohayo” sinifli sualtı gəminin gəldiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu tipli sualtı gəmilər həm nüvə enerjisinə malikdir, həm də nüvə başlıqları daşıyır.

Gəminin harada yerləşdirildiyini bildirilmir. Amma “Ohayo”nun bölgəyə gəlişi ABŞ-ın İranı və ona bağlı terrorçu qruplaşmaların İsrailə hücumdan çəkindirmək strategiyasının bir hissəsi ola bilər. Çünki ABŞ bundan əvvəl bu məqsədlə bölgəyə iki aviadaşıyıcı zərbə qrupunu göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər