Ukrayna silahlı qüvvələri Xerson vilayətinin sol sahilində irəliləyir, təsdiqlənmiş uğurlar var.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna qoşunları Pidstepovoy qəsəbəsi yaxınlığında irəliləyib. Eyni zamanda, Ukrayna hərbçilərinin Krınık kəndində yeni mövqeləri tutduqları bildirilir.
Rusiya mənbələri də Krınk və Pişçanivka-Poyma xətti boyunca mövqe döyüşlərinin davam etdiyini təsdiqləyib.
Rus ordusu Xersonun sağ sahilinə hücumu davam etdirir.