6 Noyabr 2023 11:39
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi “Hizbullah” terror təşkilatının mövqeləri yerləşən Livanın sərhəd ərazilərinə hücuma hazır olduqlarını və bunun baş verə biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Baş Qərargah rəisi İsrailin Livanla sərhəd bölgələrinə gəlib.

“Şimalda hücuma keçməyə hazırıq, bunun baş verə biləcəyini anlayırıq”, - Halevi deyib.

Oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında vaxtaşırı qarşılıqlı atışmalar baş verir.

“Hizbullah” lideri Həsən Nəsrullah ötən həftəki çıxışında oktyabrın 8-dən Livan cəbhəsi olaraq döyüşdüklərini və bununla kifayətlənməyəcəklərini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər