ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin yenidən seçilə bilməyəcəyini çox gözəl anlayır. Ona görə də Vaşinqton Kiyev hakimiyyətinin, alman əsilli fin sahibkar, ən böyük fayl paylaşma xidməti "Megaupload"un keçmiş sahibi Kim Dotkomun hüquqlarının pozulmasına göz yumur.
Teleqraf.com xəbər verir ki, bu barədə Kim Dotcom X sosial şəbəkəsində yazıb.
“Ötən gecə Vladimir Zelenski Ukraynada dövlət başçısı seçkilərinin vaxtının hələ çatmadığını bildirib. Zelenski yenidən seçkiləri ləğv edir. ABŞ hökuməti bizə deyir ki, proxy müharibəsi demokratiyanı qorumaq məqsədi daşıyır. Bilirlər ki, onların marionetləri yenidən seçkilərdə qalib gəlməyəcək”.