Kanada erməni əsilli rusiyalı tarixçi Aleksandr Çubaryana qarşı sanksiyalar tətbiq edib. Bununla erməni tarixçinin ölkəyə girişi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanada hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Kanada “İzvestiya” qəzetinə, həmçinin “Ren” telekanalına və “Parlament” qəzetinə qarşı sanksiyalar tətbiq edib. Daha səkkiz Rusiya vətəndaşı və üç təşkilat məhdudiyyətlərə məruz qalıb.
Sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində tətbiq edilib.