11 Noyabr 2023 20:13
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ və BMT Təhlükəsizlik Şurasından İsrailin Qəzzaya hücumlarını dayandırmasını xahiş edib.

Teleqraf.com xəbər verir ki, Mahmud Abbas Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Fələstindəki vəziyyətlə bağlı fövqəladə sammitində çıxışı zamanı müraciət ünvanlayıb.

O, Qəzza zolağındakı vəziyyətə diqqət çəkərək, ABŞ və BMT TŞ-ni Fələstinlə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Mahmud Abbas Qəzza zolağının Fələstinin tərkib hissəsi olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər