Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
Bildirilir ki, hələ noyabrın 10-da Qəzzada ölən fələstinlilərin sayı 4506 uşaq və 3027 qadın olmaqla 11078 nəfər olub.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, daha 2700 nəfər, o cümlədən 1500 uşaq hələ də itkin sayılır və 27 490 fələstinli yaralanıb.