13 Noyabr 2023 12:52
5 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zelenski və generalları arasındakı fikir ayrılıqları, eləcə də Ukrayna Silahlı Qüvvələrinin qələbələrinin olmaması ölkə daxilində münaqişəyə səbəb ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı keçmiş kəşfiyyatçı Skott Ritter deyib.

Onun sözlərinə görə, hazırda Ukraynada iki düşərgə var: müharibənin davam etdirilməsinin lehinə olanlar və əleyhinə olanlar. Hərbçilər əməliyyatların davam etdirilməsinin tərəfdarıdır. Ritter hesab edir ki, belə bir mövqe bunun əksini düşünənlərə görə, Ukraynanın tam məhvinə gətirib çıxaracaq.

Ritter qeyd edir ki, Ukrayna dərinləşən siyasi böhran içindədir, Prezident Vladimir Zelenskinin mülki hökuməti ilə onun generalları arasında parçalanma ölkədə çöküş və münaqişəyə səbəb ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər