14 Noyabr 2023 12:24
6 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynadakı durumdan istifadə edən Qazaxıstan Rusiyadan uzaqlaşmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Modest Kolerov deyib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin son Qazaxıstan səfərinin iki ölkə arasındakı problemləri həll etmək məqsədi daşıdığını iddia edir:

“Qazaxıstanın Rusiyadan uzaqlaşmaq siyasəti və istəyində heç nə dəyişməyib. Aralanmaq siyasətində daha radikal addımlar atmaq üçün Rusiyanın xüsusi hərbi əməliyyata (Ukrayna) girməsindən hər formada istifadə etməyə çalışırlar. Məhz buna görə də Qazaxıstana səfərin məqsədi ya uğur qazanması mümkün olmayan həmin prosesi minimuma endirmək, ya da onun imkanlarını qiymətləndirməkdir”.

Kolerov Qazaxıstan Prezidenti Vladimir Putinin rusiyalı həmkarı ilə görüşərkən rus yox, qazax dilində danışmasına da diqqət çəkib. Onun sözlərinə görə, qonağa qazax dilində müraciət sadəcə Qazaxıstanın Rusiyanı tərk etmək siyasətinin nümayişidir.

Kolerov Qazaxıstanın Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulduğunu bildirib:

“Qazaxıstan Rusiyaya qarşı sanksiyalara çoxdan qoşulub. Bu, Ermənistanın siyasi hərəkətləri ilə yanaşı, Avrasiya İqtisadi Birliyini məhv edən addımlardır”.


Müəllif: Mənsur Rəğbətoğlu