14 Noyabr 2023 20:12
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə buraxılış məntəqələrinin bağlanması və ya fəaliyyətininin məhdudlaşdırılması barədə təklif hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.

"Nazirliyin hazırlamaqda olduğu təklifə əsasən məntəqələr bağlanacaq və ya fəaliyyəti dayandırılacaq. Bu məsələ Rusiya hökuməti ilə müzakirə olunub, lakin gözlənilən nəticəni verməyib", - nazir deyib.

Nazir qeyd edib ki, qanunsuz miqrant axınının qarşısını almaq məqsədilə sərhəd buraxılış məntəqələrinin sadəcə fəaliyyəti məhdudlaşdırılmayacaq, çox güman ki, daha sərt tədbirlər görüləcək və məntəqələr bağlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər