15 Noyabr 2023 11:51
6 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beliz oktyabrın əvvəlindən Qəzza zolağında baş verənlərə görə İsraillə diplomatik əlaqələri dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş nazir Conni Braysenyu məlumat verib.

“İsrailə müraciət etdik ki, dərhal atəşi dayandırsın. Müraciətlərimizə baxmayaraq, İsrail beynəlxalq humanitar hüquqların pozulmasını dayandırmadı, humanitar işçilərin milyonlarla qəzzalının əzablarını yüngülləşdirmələrinə icazə vermədi”, - baş nazir deyib.

Beliz hökuməti ölkənin Təl-Əvivdəki fəxri konsulluğunun fəaliyyətini dayandırıb, həmçinin akkreditə olunmuş Conatan Enavı (fəxri konsul) geri çağırıb.

Beliz Latın Amerikasında Qəzza zolağındakı münaqişəyə görə İsraillə əlaqələri kəsən ilk ölkədir.


Müəllif: Mənsur Rəğbətoğlu