17 Noyabr 2023 09:20
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan paytaxt Berlində Almaniya Kansleri Olaf Şolz ilə görüşəcək.

Görüş zamanı başda iqtisadiyyat olmaqla iki ölkə arasındakı əlaqələr, eləcə də İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı gözlənilir.

Ərdoğanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında əsas məqsəd ilin sonuna hədəflənən 50 milyard dollar məbləğində ticarət həcmini ən qısa zamanda aşmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər