Rusiya və Çin arasında münasibətlər heç vaxt belə yüksək səviyyədə və keyfiyyətdə, o cümlədən yüksək etimad səviyyəsində olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bizim dövlətlərimizin tarixində heç vaxt belə yüksəkliyə, belə keyfiyyətə çatmamışıq. Mən dövlətlərimiz arasında formalaşmış etimadın səviyyəsini nəzərdə tuturam”, - deyə Putin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda bildirib.