Türkiyədə İnterpol tərəfindən mavi bülletenlə axtarışa verilən Beynəlxalq Narkotik Kartelinin “Qərbi Balkan Qanadı”nın idarəçilərindən biri tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya bildirib.
Nazir bildirib ki, Kristian Paliç adlı şəxs "KARTEL-3" əməliyyat zamanı İstanbulun Beşiktaş rayonunda tutulub.