ABŞ Prezidenti Co Baydenin baş müşaviri Amos Hochstein İsrail və Livan arasında müharibənin qarşısının alınması ilə bağlı yüksək vəzifəli rəsmilərlə danışıqlar aparmaq üçün İsrailə gedib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev İsrailin Livandakı hərbi əməliyyatlarının regional müharibəyə gətirib çıxara biləcəyindən narahatdır.
Bayden administrasiyasında hesab edirlər ki, İsrail "Hizbullah"ı müharibəyə təhrik edir ki, bu da ABŞ və digər ölkələri Livanda münaqişəyə cəlb edə bilər.
Hochstein İsrailin müdafiə naziri Yoav Gallant, strateji işlər üzrə naziri Ron Dermer, Baş qərargah rəisi Herzi Halevi və milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi ilə görüşəcək.