22 Noyabr 2023 17:37
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu çox yaxın vaxtlarda əşyalarını yığıb ölkəsini tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu prosesin daha da davam edəcəyini düşünmürəm. Ümid edirəm ki, Netanyahu əşyalarını yığıb mümkün qədər tez bu addımı atacaq. Netanyahunun məhkəmə işi var. Ola bilsin ki, ondan xilas olmaq üçün belə bir addım atılıb. Amma hansı istiqamətə getsə də, etdiklərinin cavabını verəcək, bundan qurtula bilməyəcək. Artıq Qərbdə Netanyahunun istefası ilə bağlı çağırışlar var. Getməsini istəyirlər.

Artıq dünyanın İsrailə qarşı necə mövqe tutmağa başladığını görə bilərsiniz. Qəzzanın işğalı bəzi hökumətləri susdursa da, cəmiyyətlərin vicdanını hərəkətə keçirib. Küçələrdə Fələstinə dəstək verənlərin sayı artır. Almaniyaya baxın, mən də orada idim. Həmin gün Berlində yürüşlər oldu. İngiltərədə də belədir. ABŞ, Fransa, Latın Amerikası ölkələrində və Ağ Evin qarşısında baş verənləri də görürsünüz...”, - deyə Ərdoğan vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər