Rusiya Ədliyyə Nazirliyi Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovu xarici agentlərin reyestrinə daxil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
“Kasyanov qeyri-məhdud sayda insan üçün xarici agentlər barədə məlumatlar və materialların hazırlanmasında və yayılmasında iştirak edib, Rusiya Federasiyası dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb. Ukraynada müharibə əleyhinə çıxış edib, xarici strukturlar tərəfindən təqdim olunan informasiya platformalarında respondent kimi iştirak edib. Xarici agentlər reyestrinə daxil edilmiş şəxslərlə yanaşı o, Rusiya Müharibə Əleyhinə Komitəsinin - fəaliyyəti Rusiya Federasiyasının daxili və xarici siyasətinin nüfuzdan salınmasına yönəlmiş birliyin üzvüdür”, - deyə nazirliyin bəyanatında bildirilib.