Fələstinin HƏMAS qruplaşmasının davranışı rasional və mərhəmətə əsaslanandır.
Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
“Fələstinli qadın və uşaqların azad edilməsindən və onların israilli girovlarla dəyişdirilməsindən sonra bölgəyə sülh gələcək. Həmas lideri İsmayıl Haniye Qəzzada döyüşlərin ilk günlərindən mülki məhbusları azad etməkdə qərarlı idi. Amma İsrail tərəfi sizin qızışdırıcı siyasətinizi davam etdirmək üçün bu məsələyə mane olurdu”. – Abdullahiyan bildirib.