Qətər və Misir Qəzza zolağında girovların azad edilməsinin gecikdirilməsini həll etmək üçün İsrail və Fələstinin Həmas hərəkatı ilə danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, bunu Əl-Ərəbiyyə telekanalı məlumatlı mənbəyə istinadən bildirib.
“Misir və Qətər girovların azad edilməsinin gecikdirilməsi problemini həll etmək üçün İsrail və HƏMAS ilə danışıqlar aparır”, - materialda deyilir.
Noyabrın 25-də Fələstinin HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər, o cümlədən humanitar yardım maşınlarının ölkəyə daxil olmasına qədər ikinci qrup israilli girovların azad edilməsinin ləngidiyini elan edib.