26 Noyabr 2023 16:09
7 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində əsir mübadiləsi davam edir.

Teleqraf.com xəbər verir ki, Qəzzada atəşkəsə nail olmaq üçün ilk gündən diplomatik iş aparan Türkiyənin əsir mübadiləsində aktiv rol aldığı üzə çıxıb .

HƏMAS çoxlu sayda israillini azad etdiyi mübadilədə tailandlıları da sərbəst buraxıb. “Sürpriz” kimi şərh edilən gəlişmənin arxasında Prezident Rəcəb Tayyib Ərdoğanın Milli Kəşfiyyat Təşkilatına (MİT) verdiyi təlimatın dayandığı bildirilir.

Ərdoğanın MİT rəhbəri İbrahim Kalına məsələnin həlli ilə bağlı göstəriş verdiyi və bu çərçivədə həyata keçirilən təşəbbüslər nəticəsində Qəzzada olan tailandlı girovların azad edildiyi deyilir.

HƏMAS da dünən verdiyi açıqlamada bu məsələyə diqqət çəkmişdi:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərinə cavab olaraq, Qəzzada olan tailandlı məhbuslar sərbəst buraxılıb".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər