ABŞ-da sosial media şirkəti “Meta”ya qarşı uşaqları platformalarına cəlb etməyi planlaşdırdığı üçün məhkəmə iddiası qaldırılıb.
Teleqraf.com xəbər verir ki, mətbuatına sızan məhkəmə sənədlərinə görə, iddianı oktyabrda ABŞ-ın 33 ştatının vəkilləri qaldırıb.
İddia ərizəsində “Meta”nın yüksək vəzifəli şəxsləri şirkətə bağlı platformaların uşaqların diqqətini cəlb etmək üçün məzmunlarını redaktə etməkdə günahlandırılıb. İddiada “Meta” platformalarındakı məzmunun uşaqları istismar etdiyi və uşaq psixologiyasına zərər verdiyi də qeyd edilib.
“Meta”nın “Associated Press”ə (AP) verdiyi açıqlamasında ittihamların şirkətin uşaqlar üçün təhlükəsiz mühit yaratmaq səylərinə zidd olduğu vurğulanıb.
Noyabrın 10-da Avropa İttifaqı (Aİ) “Meta” və “Snapchat”dan yetkinlik yaşına çatmayanların öz platformalarında qeyri-qanuni və zərərli məzmundan necə qorunduğu barədə məlumat istəyib.