27 Noyabr 2023 16:55
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bu ölkənin növbəti prezidenti olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı astroloq Vlad Ross deyib.

“Prezidentliyə gəlincə, indiyədək on il bu vəzifədə olan yeganə şəxs Kuçmadır. Çünki onun rəqibi kommunist idi. İkinci turda heç kim kommunist seçmək istəmədi, ona görə də Kuçma seçildi. Qalanların hamısı beş il qaldı, Vladimir Zelenski də istisna deyil. Mən artıq demişəm ki, növbəti prezident Valeri Zalujnı olacaq”, - Ross bildirib.

Astroloqun iddiasına görə, Zelenski yenidən namizədliyini irəli sürsə, Zalujnı ona tabe olacaq.

Ross adı son zamanlarda tez-tez “ölkənin gələcək lideri” kimi hallanan Prezident Aparatı rəhbərinin keçmiş köməkçisi Aleksey Arestoviçlə bağlı da proqnozunu açıqlayıb. Onun sözlərinə görə, Arestoviç nəinki Ukrayna prezidenti ola, heç partiyası ilə parlamentə də girə bilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər