Qərb başa düşür ki, Ukraynanın Rusiya ilə qarşıdurmada artıq şansı çox azdır, məğlubiyyət qaçılmazdır.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı jurnalist Denni Hayfonq deyib.
“Qərb ekspertləri də qeyd edirlər ki, Ukrayna gələn ilə qədər tab gətirə bilməyəcək. Fikrimcə, münaqişə gələn il başa çatacaq. Ukrayna indi sürətlə məğlubiyyətə doğru irəliləyir. Rusiya dəfələrlə Ukraynanı danışıqlara çağırıb, ancaq nəticə yoxdur. Bu da məğlubiyyəti qaçılmaz edir”, - deyə Hayfonq bildirib.