19 Yanvar 2015 23:36
721
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son həftə ərzində Ukraynanın iqtisadi mərkəzi və Kiyevdən sonra ən böyük şəhəri sayılan Xarkovda ikinci terror aktı törədilib. Şəhərdə məhkəmə binasının yaxınlığında baş vermiş partlayış nəticəsində 12 nəfər xəsarət alıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.

“Yarım saat bundan əvvəl Xarkovun Moskva rayonu məhkəməsinin yaxınlığında partlayış baş verib. Dəqiqləşdirilmiş məlumata əsasən, 12 nəfər xəsarət alıb. Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir”, deyə A.Qeraşşenko bildirib.


Müəllif:

Oxşar xəbərlər