Rusiya Daxili İşlər Nazirliyi ölkəyə daxil olan əcnəbi vətəndaşlara "loyallıq müqaviləsi" imzalatdırmağı təklif edib.
Teleqraf.com xəbər verir ki, təklifə əsasən, əcnəbilərə Rusiyanın dövlət siyasətinin diskreditasiyası, sərbəst informasiyadan sui-istifadə, ənənəvi ailə dəyərlərini inkar etmək, qeyri-ənənəvi seksual münasibətlərin təbliği, Rusiyaya zərər yetirəcək fəaliyyət və s. qadağan edilməlidir.
Təklif olunan loyallıq müqaviləsinin Rusiyanın milli maraqlarını qorumaq məqsədilə təklif olunduğu qeyd edilib.