2 Dekabr 2023 15:37
1 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Aparatının rəhbərinin köməkçisi Mixail Podolyak Avropanın Rusiya ilə müharibəni dayandırmaq üçün Kiyevə sülh təklifləri hazırlaması ilə bağlı təzyiq etdiyinə dair iddiaya münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmiləri kənardan Ukraynaya Rusiyaya ərazi güzəştinin edilməsi çağırışlarına da diqqət çəkib.

“Bir çoxlarının anlayışında “sülh təklifləri” belədir: işğal olunmuş əraziləri Rusiyaya verin. Bu, Rusiya üçün “ideal sülh variantı”dır”, - Podolyak bildirib

Konkret Avropaya gəlincə, Ukrayna rəsmisinin iddiasına görə, belə bir təklif olmayıb:

“Prezident bu barədə danışıb. Heç bir təklif yoxdur, Ukraynaya təzyiq yoxdur, ola da bilməz. Əlbəttə, vaxtaşırı belə söz-söhbətlər eşidirik. Durumu anlamaq üçün iki məsələyə diqqət çəkim. Birincisi, “sülh” olmayacaq. Daha doğrusu, münaqişənin dondurulmasına xidmət edən “sülh”. İkincisi, Rusiya heç kimlə heç bir danışıqlar aparmaq fikrində və bunu heç vaxt etmək niyyətində deyildi. Müharibədə ya qalib gələcək, ya da məğlub olacaq”.

Podolyak vurğulayıb ki, Rusiya danışıqlarla bağlı bütün bəyanatlarında Ukraynanın təslim olmasını tələb edir:

“Yəni deyirlər ki, “xüsusi hərbi əməliyyat” adlandırılan məqsədlər tam şəkildə yerinə yetirilməlidir. Bu o deməkdir ki, Ukrayna öz ərazilərindən, suverenliyindən, bir sıra daxili proseslərdən, ölkə kimi öz kimliyindən qanuni olaraq imtina etməlidir”.

Onun sözlərinə görə, Kiyev bununla qəti şəkildə razılaşmır, bu, Ukraynaya lazım olan "sülh" deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər