İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Baş Qərargah rəisi Herzi Halevi deyib.
O qeyd edib ki, Qəzza zolağında atəşkəsə qədər İsrail hərbçiləri HƏMAS təşkilatı ilə əlaqəli fələstinli radikalların iki briqadasını qismən məhv edib və hazırda İsrail ordusunun 162-ci diviziyası bu nailiyyətləri anklavın şimal hissəsində möhkəmləndirməkdə davam edir.
“HƏMAS komandirləri hər yerdə İsrail hərbçiləri ilə görüşəcək və onlara ən güclü cavab veriləcək”, - Halevi bildirib.