İsrail Qəzza zolağının altındakı "HƏMAS"ın tunel sistemini Aralıq dənizindən vurulan su ilə doldurmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri bildirib.
Nəşrin ABŞ rəsmiləri arasında olan mənbələrinin bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri keçən ay Qəzza şəhərində Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş böyük su nasosu quraşdırıb.
Onların hər biri Aralıq dənizindən su götürə və tunellərə saatda minlərlə kubmetr su vura bilər.
Bildirilib ki, İsrail ötən ay ABŞ-a bu planla bağlı xəbərdarlıq edib. Lakin onun həyata keçirilib-keçirilməməsi ilə bağlı qərar hələ verilməyib.