Belçika 2025-ci ildə F-16 təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umarovla belçikalı həmkarı Lüdvin Dedonder arasında keçirilən görüşdə razılaşma əldə olunub.
“Belçika 2025-ci ildə F-16 təyyarələrini Ukraynaya təhvil vermək niyyətini təsdiqləyib”, - məlumatda deyilir.
Görüşdə müzakirə predmeti qırıcıların Ukraynaya təhvil verilməsi və pilotların hazırlanması, eləcə də lazımi avadanlıqların tədarükü olub.
Umarovun sözlərinə görə, indi F-16-lar üçün döyüş sursatı, ehtiyat hissələri və texniki avadanlıqların tədarük zəncirlərinin yaradılması prosesinə başlamaq lazımdır.