9 Dekabr 2023 08:15
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya yaxın gələcəkdə orbitə daha çox müxtəlif kəşfiyyat peykləri çıxarmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Reallıqlar bizdən yaxın gələcəkdə Koreya yarımadası və Sakit Okean da daxil olmaqla operativ bölgələrində məlumat toplamaq və izləmək üçün orbitə getdikcə daha çox müxtəlif kəşfiyyat peykləri qoymağı tələb edir", - deyə bildirilib.

Vurğulanıb ki, bu yaxınlarda buraxılan "Mulligyong-1" peykinin başçılığı ilə Şimali Koreya peykləri “kosmosun gözətçiləri və real vaxt rejimində düşmən qüvvələrin hərbi hərəkətləri haqqında dəyərli və zəngin məlumat verən güclü nişangah” olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər