Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalında bildirib.
"Milliyyətindən asılı olmayaraq, İsrail limanlarına gedən hər gəmi hədəfimiz olacaq. Gəmilərin keçməsinin qarşısını alacağıq. Dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün bütün gəmiləri və şirkətləri İsrail limanları ilə iş görməməyə çağırırıq”- sözçü bildirib.