11 Dekabr 2023 21:13
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehran şəhərində telekommunikasiya sahəsində çalışmış bir qrup təqaüdçü etiraz aksiyası keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, aksiya iştirakçıları “Qanunların həyata keçirilməsi bizim haqqımızdır!”, “Təqaüdçü qışqır, haqqını alanadək fəryad et!”, “Nə parlament, nə də hökumət xalqı düşünür!”, “Mənimsəmə az olsa, problemimiz həll olunar!” kimi şüarlar səsləndiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər