Fələstin-İsrail nizamlanması üçün fundamental əsaslar formalaşdırmaq və Fələstin dövlətinin yaradılması məsələsini həll etmək lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında deyib.
“Biz də Türkiyə kimi ondan çıxış edirik ki, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ilə bağlı BMT-nin qərarları icra olunmalıdır. Bu, son dərəcə vacibdir. İsrail-Fələstin nizamlanması üçün fundamental əsaslar yaratmaq lazımdır”, - Rusiya dövlət başçısı bildirib.