Türkiyə taxıl müqaviləsini bərpa etmək üçün tədbirlər görməyə davam edir.
Teleqraf.com CNN Türk-ə istinadən xəbər verir ki, bunu respublikanın milli müdafiə naziri Yaşar Gülər deyib.
O, Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına ümid etdiyini bildirib. Eyni zamanda Ankaranın Qara Dəniz Qida Təşəbbüsünün müddətinin uzadılması istiqamətində səylərindən əl çəkmədiyini bildirib.
“Biz ölkəmizin koordinasiyası ilə bağlanmış və səmərəliliyinə görə ərzaq böhranının aradan qaldırılmasına böyük töhfə vermiş Qara dəniz taxıl sazişinin yenilənməsi ilə bağlı təşəbbüsləri həyata keçirməyə davam edirik”, - deyə nazir bildirib.