17 Dekabr 2023 22:36
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənblərindən məlumat verilib.

Məlumata əsasən, danışıq zamanı regional və qlobal məsələlər, eləcə də iki ölkə arasında münasibətlər müzakirə edilib. Bildirilib ki, ABŞ-Türkiyə münasibətlərində müttəfiqlik ruhuna uyğun davranmağın vacibliyi vurğulanıb, İsveçin NATO üzvlüyü, "F-16" qırıcılar ilə bağlı məsələ və müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə edilib.

Danışıq zamanı İsrail-Fələstin arasında davam edən gərginlik ətrafında da fikir mübadiləsi aparılıb. Hakan Fidan bu qarşıdurmada tam atəşkəsin əldə edilməsi, daimi sülhün reallaşdırılması istiqamətində siyasi prosesi başlatmaq üçün danışıqlar masasına oturulmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər