Estoniya Baş naziri Kaya Kallas koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə baş naziri Feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, bu səhər onun COVİD testinin nəticəsi müsbət olub, ona görə də bir sıra görüşləri təxirə salmalı olub:
"Təəssüf ki, Estoniyaya gəlməli olan Polşanın yeni baş naziri Donald Tuskun ilk xarici səfərini təxirə salmalı olduq. Baltikyanı ölkələrin baş nazirlərinin Estoniyanın paytaxtında keçiriləcək görüşü də təxirə salınıb".