ABŞ Rusiya və Avropanı arasını vurmaqla məqsədinə nail olub.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.
“ABŞ qəsdən bizi və Avropanı bu münaqişəyə sürüklədi, bu mənada məqsədinə çatdı - Rusiya ilə Avropanın arasını pozdu. İndi onlar maliyyə məsuliyyəti və ödəniş yükünü Avropanın üzərinə atır və qitənin iradəsiz nəsli buna müqavimət göstərə bilmir”, - o vurğulayıb.