Sentyabrda dörd nəfərin ölümü ilə nəticələnən hücumdan sonra Serbiya təhlükəsizlik xidmətlərinin dəstəklədiyi silahlı şəxslər Albaniyada daha çox hücum həyata keçirmək üçün təlim keçiblər.
Teleqraf.com xəbər verir ki, bunu Kosovonun Baş naziri Albin Kurti deyib.
Kurti bildirib ki, sentyabr atışmasında iştirak etdiyini etiraf edən, yüksək səviyyəli Kosovo serbi olan siyasətçi Milan Radoyçiç növbəti hücumlar planlaşdırır:
"İndi o, ölkəmizdə digər hücumlara hazırlaşmağa davam edir. O, Serbiyanın BİA məxfi xidmətinin yüksək vəzifəli şəxsləri ilə mütəmadi görüşlər keçirir".
Qeyd edək ki, Serbiya hökumətinin Kosovodakı missiyasının rəhbəri Petar Petkoviç Kurtinin bəyanatının yalan olduğunu bildirib.