İspaniya Müdafiə Nazirliyi qiyamçı “Husi” qruplaşmasının (Yəmən) Qırmızı dənizdə ticarət gəmilərinə artan hücumlarına qarşı ABŞ-ın rəhbərliyi altında yaradılan çoxmillətli koalisiyaya qoşulmayacaqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazirlik qərarla bağlı heç bir səbəb göstərməyib.
Qərarın daxili siyasətdən qaynaqlandığı düşünülür, çünki İspaniya Baş naziri Pedro Sançes hakimiyyətini qorumaq üçün koalisiya qurma prosesindədir, bu məqsədlə ABŞ-yə qarşı olan solçuların dəstəyinə ehtiyac duyur.
“Husilər” İspaniyanın qərarına dəstək mesajı veriblər.
İran tərəfindən dəstəklənən Yəmən qruplaşmasına qarşı qurulan koalisiyda ABŞ və Böyük Britaniya ilə yanaşı, 20 ölkə iştirak edir.