26 Dekabr 2023 00:49
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli iradənin pusquya salınmasına icazə verməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mehmet Akif Ersoyun Anım mərasimindəki çıxışı zamanı deyib.

“Hər kəs bundan əmin olmalıdır ki, müstəqilliyimizə qarşı hücumlar davam etdikcə, gələcəyimizi qorumağa davam edəcəyik. Sosial terror aktlarına qarşı hamımız daha dəqiq mövqe tutmalıyıq”,- deyib.

Ərdoğan sözlərini belə davam etdirib:

“Terrorçu ilə eyni dili danışan hər kəs terrorçuya olunan münasibətlə qarşılaşacaq. Demokratiyamızın imkanlarından istifadə edərək dövlətin, millətin və milli iradənin pusquya salınmasına heç vaxt icazə verməyəcəyik. Siyasi fəaliyyət göstərənlərə müraciət edirik, onlar millətin təmsilçisi olmaq əvəzinə separatçı təşkilatın uzantılarıdırlar. Bunlar öz iradəsi olmayan siyasi kuklalardır”.

Türkiyə lideri parlament toxunulmazlığını, siyasi və hüquqi əsasları meyar götürərək, terroru dəstəkləyənlərə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər