2024-cü il müharibə Ukrayna üçün daha çətin ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Tavriya” qoşun qrupunun komandanı, general Aleksandr Tarnavski deyib.
“Düşünürəm ki, gələn il bəlkə də daha çətin olacaq. Çünki hərbi əməliyyatlara son qoymalı, ərazilərimizi azad etməliyik. Bu vəzifəni, sərhədlərimizə çatmaq kimi əsas hədəfi yerinə yetirməyə nə qədər yaxınlaşsaq, daha da çətinləşəcək”, - general bildirib.
O qeyd edib ki, Rusiya Ukraynanın niyyətini bilir və bunun qarşısını almaq üçün hər şeyi edəcək:
“Ona görə deyirəm ki, il çətin keçəcək.
Tarnavski gələn il müharibənin bitəcəyi ilə bağlı müzakirələrə də toxunub:
“Heç vaxt müharibənin bitməsi ilə bağlı sual vermirəm. Müharibəni müxtəlif yollarla bitirə bilərsiniz. Bizim, hərbçilər üçün bu, qələbədir”.