29 Dekabr 2023 11:11
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran bu yaxınlarda İsrail kəşfiyyatı (MOSSAD) ilə əlaqəli dörd “diversant”ı edam edib.

Teleqraf.com xəbər verir ki, bu barədə molla rejiminin məhkəmə sisteminin “Mizan Online” saytında deyilir.

“MOSSAD zabitlərinin rəhbərliyi altında ölkənin təhlükəsizliyinə qarşı hərəkətlər edən sionist rejimlə əlaqəli təxribat qrupunun dörd üzvü qanuni prosedurlara uyğun olaraq edam edilib”, - məlumatda bildirilir.

İran bundan əvvəl İsrail də daxil olmaqla xarici ölkələrə işləyən “agentlər”in həbs olunduğunu və edam edildiyini açıqlamışdı.

Molla rejimi tez-tez MOSSAD-ın ölkədəki əməliyyatlarını əngəllədiyini iddia edir, amma bu cür iddiaların doğruluğu məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər