Mərkəzi Bankın məlumatına görə, ölkənin bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi ötən il dekabrın 1-nə 18,2 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildiriblər ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz çoxdur. Qüvvədə olan kreditlərin 33,8 faizi dövlət, 63,3 faizi özəl banklar, 29 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşür.
Kreditlərin 79,5 faizini uzunmüddətli kreditlər təşkil edib, 5,4 faizinin ödənilmə vaxtı keçib.